Bakıdan Sumqayıta hərəkət edəcək 594 nömrəli ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, sərnişinlərin daşınması "BakuBus" MMC-nin "Neoplan" markalı 17 avtobusu ilə həyata keçiriləcək. Avtobuslar arasındakı interval 8 dəqiqə olacaq.
Xezerxeber.az-ın məlumatına görə, ilk avtobus Sumqayıtdan 05:50-də Bakıdan isə 06:20-də yola düşəcək.
Ekspres xətt üzrə gedişhaqqı 80 qəpik müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.