AZ

Bu il Azərbaycanda qeydiyyata alınan mülkiyyət hüquqlarının 74 faizi bölgələrin payına düşüb

Bakı, 10 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 338 min 621 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, bu göstəricinin 58 min 812-si (17,4 faiz) ilkin, 279 min 809-u isə (82,6 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin 11 ayında fərdi yaşayış və bağ evi üzərində - 57 min 225 mənzil üzərində - 78 min 347, torpaq sahəsi – 191 min 204, qeyri-yaşayış binası – 3114, qeyri-yaşayış sahəsi – 7940, əmlak kompleksi - 738, çoxmərtəbəli yaşayış binası üzərində isə 53 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 88 min 494-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində 255 min 838 texniki pasport tərtib edilib, 67 min 648 ipoteka müqaviləsi qeydiyyata alınıb.

phrase_var_article.chosen
38
10
azertag.az

10phrase_var_article.sources