AZ

Bu il Azərbaycanda qeydiyyata alınan mülkiyyət hüquqlarının 74 faizi bölgələrin payına düşüb

Cari ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 338 min 621 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən "İki sahil"ə verilən məlumata əsasən, bu göstəricinin 58 min 812-si (17,4 faiz) ilkin, 279 min 809-u isə (82,6 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin 11 ayında fərdi yaşayış və bağ evi üzərində - 57 min 225 mənzil üzərində - 78 min 347, torpaq sahəsi – 191 min 204, qeyri-yaşayış binası – 3114, qeyri-yaşayış sahəsi – 7940, əmlak kompleksi - 738, çoxmərtəbəli yaşayış binası üzərində isə 53 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 88 min 494-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində 255 min 838 texniki pasport tərtib edilib, 67 min 648 ipoteka müqaviləsi qeydiyyata alınıb.

phrase_var_article.chosen
15
10
ikisahil.az

10phrase_var_article.sources