AZ

Dövlət qeydiyyatına alınan mülkiyyət hüquqlarının sayı açıqlanıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində daşınmaz əmlak üzərində 338.621 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə Fins.az Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstəricinin 58.812-si (17,4%) ilkin, 279.809-u isə (82,6%) isə təkrar qeydiyyatın payına düşür.

2024-cü ilin 11 ayında fərdi yaşayış və bağ evi üzərində - 57.225, mənzil üzərində - 78.347, torpaq sahəsi – 191.204, qeyri-yaşayış binası – 3.114, qeyri-yaşayış sahəsi – 7.940, əmlak kompleksi - 738, çoxmərtəbəli yaşayış binası üzərində isə 53 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 88.494-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-noyabr ayları ərzində 255.838 texniki pasport tərtib edilib, 67.648 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Fuad Mədətov
Fins.az

Seçilən
24
3
fins.az

10Mənbələr