Qarabağı könüllü tərk edən ermənilər bəzən Rusiya, bəzən Qərb, bəzənsə ABŞ-ın “Qarabağa dönmək” təsəllilərindən ilhama gəlib “bizim Artsaxımız, bizim dağlarımızı deyib ağlaşma qursalarda əslində anlayır ki, Qarabağ Azərbaycanındır və Azərbaycan dövlətinin icazəsi olmadan ora girə bilməz.
Bu səbəbdən ermənilər başqa yollarla özlərin təsəlli verməyə başlayıblar. Beləki, tez-tez yığıncaqlar təşkil edir, “artsaxın mədəni irsini”,”qədim kulinariyasını” “unutdurmamaq” üçün sərgilər, festival və yarışmalarla çıxış edirlər.
Ən gülməlisi isə odur ki, xəstə beyinləri və zəngin təxəyyül məhsulu olan xəyallarını canlandırırlar. Tədbirlərdə “Köçəri”, “Naz eləmə” rəqsi ilə oynayır, digər rəqslərimizlə “halay” çəkirlər. “Sarı gəlin”i , “Yarım gilə”, "Zərif gülüşlüm" , 'Qal sənə qurban”, "anadır arzulara" kimi tanıdığımız Qarabağ və s. mahnılarınıoxuyurlar . Sonra da mətbəximizə aid, xaş, xəngəl , dolma, göy kətəsi, paxlava şəkərburanı yeyir sonda da həyasızcanına “bizim Qarabağ” deyib dağılışırlar.
Adalet.az xəbər verir ki, belə tədbirlərdən biri dünən- dekabrın 9-da Qarabağdan könüllü qaçan ermənilərin məskunlaşdığı Hayk Hovsepyan düşərgəsində baş tutub. Tədbirin adı olub “Artsaxın dadı” başlığı altında....
Bu fotolar da həmin tədbirdəndir:
Əntiqə Rəşid