AZ

Suriyada müvəqqəti hökumətin formalaşdırılması barədə bəyanat verilib

Suriyanın formalaşdırılmış müvəqqəti hökuməti 2025-ci ilin martınadək fəaliyyət göstərəcək.

“Far.Az” “əl-Vətən” qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir bildirib.

“Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir. Bu, konstitusiya məsələləri həll olunanadək 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək müvəqqəti hökumətdir”, – əl-Bəşir açıqlayıb.

O qeyd edib ki, hökumət ölkənin parçalanmasının qarşısını almaq üçün təhlükəsizliyin təmin edilməsi və dövlət qurumlarının sabitliyinin qorunması ilə məşğul olacaq. Əl-Bəşir əlavə edib ki, Nazirlər Kabineti yeni hökumət formalaşana qədər vətəndaşlara xidmət göstərəcək.

Siyasətçi əvvəlki kabinetin nazirlərinin müvəqqəti hökumətə kömək edəcəyinə ümid etdiyini bildirib.

Seçilən
22
4
far.az

10Mənbələr