Suriyada müvəqqəti hökumət formalaşıb. SİA “Əl-Vatan” nəşrinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir məlumat verib.
Onun sözlərinə görə, müvəqqəti hökumət 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək. “Müvəqqəti hökumət formalaşdırılıb, o, “xilas hökuməti”ndən olan bir neçə nazirdən ibarətdir”, - o deyib.