AZ

Donald Tramp İsrailə İranın nüvə obyektlərini bombalamaqla bağlı plan təklif edib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası siyasətə İranın nüvə obyektlərinə İsrail hərbi hava qüvvələri tərəfindən zərbələr endirməklə bağlı plan təklif edib.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır. Nəşr qeyd edir ki, bu planın bir hissəsi kimi ABŞ İsrailə İranın nüvə obyektlərini sıradan çıxara biləcək “müasir silahlar” ötürməlidir. WSJ mənbələrinin məlumatına görə, Donald Trampın keçid komandasının üzvləri İranın potensial nüvə silahı hazırlamasına cavab vermək üçün iki variantı nəzərdən keçirir. Planla tanış olan iki mənbə qəzetə bildirib ki, birinciyə Yaxın Şərqə “daha çox” ABŞ əsgəri və texnikası göndərməklə hərbi təzyiq, zərbələr üçün İsrailə silah satmaq və İrana qarşı sanksiyaları sərtləşdirmək daxildir. İkinci variant “hərbi güc təhdidi” və artan sanksiyalardır.

Nəşr yazır ki, Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı “İranın nüvə sıçrayışından” narahat olduğunu bildirib. Bununla belə, seçilmiş prezident “yeni bir müharibənin alovlanmasına səbəb olmayan, xüsusən də ABŞ ordusunu cəlb edə biləcək bir planı həyata keçirmək istəyir”.

//Samir Qurbanov, Editor.az

Seçilən
18
50
editor.az

10Mənbələr