AZ

WSJ: Tramp İsrailə İranın nüvə obyektlərini bombalamağı təklif edə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Tehranı cilovlamaq üçün İsrail hərbi hava qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirməsini nəzərdə tutan plan təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” mənbələrə istinadən yazır.

Nəşr yazır ki, bu planın bir hissəsi kimi ABŞ İsrailə İranın nüvə obyektlərini sıradan çıxara biləcək "müasir silahlar” ötürməlidir.

WSJ mənbələrinə görə, Donald Trampın keçid komandasının üzvləri İranın potensial nüvə silahı inkişaf etdirməsinə cavab vermək üçün iki variantı nəzərdən keçirirlər. Planla tanış olan iki mənbə nəşrə bildirib ki, birincisi Yaxın Şərqə "daha çox” ABŞ əsgər və texnikası göndərməklə, İsrailə zərbələr üçün silah satmaqla və İrana qarşı sanksiyaları sərtləşdirməklə hərbi təzyiqi nəzərdə tutur. İkinci variant "hərbi güc təhdidi” və artan sanksiyalardır.

Nəşr yazır ki, Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı "İranın nüvə sıçrayışından” narahat olduğunu bildirib. Bununla belə, seçilmiş prezident "yeni müharibənin başlanmasına, xüsusən də ABŞ ordusunun cəlb edilməsinə səbəb olmayacaq bir planı həyata keçirmək istəyir”.

WSJ-nin məlumatına görə, İran hazırda bir neçə gün ərzində dörd nüvə bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Dekabrın 12-də Donald Tramp "Time” qəzetinin jurnalisti ilə İranın "bir neçə həftəyə bomba yaratmaq” bacarığı ilə bağlı söhbətində respublika ilə hərbi toqquşmanı istisna etməyib. Həmin gün "The Times of Israel” mənbələrə istinadən yazıb ki, İsrail İranın nüvə obyektlərinə mümkün zərbələr endirməyə hazırlaşır. Daha sonra Benyamin Netanyahu İran xalqına müraciət edərək bildirib ki, İsrail "həqiqətən onunla sülh istəyən hər kəslə sülh istəyir”.

Nizami Bağırov
Seçilən
25
50
qaynarinfo.az

10Mənbələr