AZ

Almaniya Maliyyə Nazirliyi dondurulmuş Rusiya aktivlərinin həcmini açıqlayıb

Almaniya Maliyyə Nazirliyi dondurulmuş Rusiya aktivlərinin həcmini açıqlayıb

Almaniya hakimiyyəti Avropa İttifaqının (Aİ) sanksiyalar rejiminə uyğun olaraq Rusiyanın təxminən 3,5 milyard avroluq aktivini dondurub. Bu barədə Almaniya Maliyyə Nazirliyi məlumat yayıb."Hazırda Almaniyada təxminən 3,5 milyard avro dəyərində aktivlər Aİ-nin iki qaydalarına uyğun olaraq dondurulub və ya hərəkətsizdir", - Maliyyə Nazirliyinin əməkdaşı TASS-a müsahibəsində bildirib.O qeyd edib ki, bunlara siyahıya daxil edilmiş şəxslərin və ya təşkilatların dondurulmuş vəsaitləri və iqtisadi resursları, habelə əməliyyatlara qadağa qoyulan ölkələrdə yerləşən Rusiya Federasiyası Mərkəzi Bankının xarici aktivləri daxildir.Almaniya Maliyyə Nazirliyinin əməkdaşının sözlərinə görə, Aİ-nin qeyd olunan qaydalarına əlavələrin tez-tez dəyişdirilməsi və aktivlərlə bağlı araşdırmanın başa çatdırılması da mühüm amillərdəndir.

Seçilən
24
13
afn.az

10Mənbələr