ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəhbərliyi altında Moskva və Kiyev arasında davamlı anlaşılmazlıqlar səbəbindən Ukrayna üzrə sürətli danışıqlar aparılmayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “The Times” qəzetinə müsahibəsində bildirib.
“Məncə, heç bir sürətli danışıqlar olmayacaq”, – deyə o vurğulayıb.
Kulebanın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında hələ də sülhü qeyri-mümkün edən “fundamental fikir ayrılıqları” mövcuddur.
Bu baxımdan Ukraynanın keçmiş xarici işlər naziri hesab edir ki, Trampın Ukrayna ilə bağlı sülh sazişi ilə razılaşması çətin olacaq.
Bundan əlavə, Tramp “fikrini dəyişə” və Kiyevə hərbi və maliyyə yardımı göstərməyə davam edə bilər.