AZ

Ukrayna ABŞ-la MÜHÜM MÜQAVİLƏnin imzalanmasını təxirə saldı - SƏBƏB

Ukrayna bütün mümkün vasitələrlə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla münasibətləri yaxşılaşdırmağa çalışır.

Musavat.com "New York Times"a istinadən xəbər verir ki, Kiyev hətta mineral ehtiyatlar sahəsində Vaşinqtonla əməkdaşlıq sazişinin imzalanmasını Trampın andiçmə mərasiminə qədər təxirə salıb.

Nəşrin yazdığına görə, Kiyev ehtiyat edir ki, inauqurasiyadan sonra Tramp “Ukraynaya pul və silah axınını dərhal kəsəcək” və “Moskva üçün əlverişli şərtlərlə” nizamlanmaya nail olmağa çalışacaq. Bu baxımdan, Ukrayna rəsmiləri Trampı öz tərəflərinə çəkmək üçün “mümkün olan hər şeyi edir”.

Məsələn, Kiyev artıq iki dəfə ABŞ ilə faydalı qazıntılar sahəsində əməkdaşlıq haqqında sazişin imzalanmasını təxirə salıb. Məqsəd Trampı Ukraynanın təbii sərvətləri ilə maraqlandırmaq və bu sahədə sövdələşməni “onun administrasiyasının erkən qələbəsi” kimi təqdim etməkdir.

Qeyd edək ki, dekabrın 7-də Parisdə Volodimir Zelenski, Tramp və Fransa prezidenti Emmanuel Makron arasında görüş olmuşdu.

Musavat.com

Seçilən
18
50
musavat.com

10Mənbələr