AZ

“Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətləri hərtərəfli analiz edildi” – ŞƏRH

“Azərbaycan-Qazaxıstan münasibətləri ortaq qardaşlığa, tarixə, mədəniyyətə söykənir”.

Bu sözləri Editor.az-a Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı danışarkən millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, müstəqilliyimizi bərpa etdikdən sonra hər iki ölkə biri-birilə münasibətləri hər dəfə daha yüksək səviyyəyə qaldırmağa çalışır:

“Bu gün Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər demək olar ki, iki ölkə arasında mümkün olan əməkdaşlığın bütün sahələrini əhatə edir.

Qazaxıstan Azərbaycanın işğaldan azad edilmiş ərazisində böyük bir yaradıcılıq mərkəzi inşa edir və gələcək üçün digər planları da mövcuddur. Cənab Prezident İlham Əliyevin Qazaxıstan lideri ilə Bakıda beynəlxalq təşkilatın sammitində keçirilən görüşündə ikitərəfli münasibətlər hərtərəfli analiz edildi. Bu əməkdaşlığın inkişafı üçün yeni imkanların ortaya çıxdığı bir daha aydın oldu. Bundan sonra da Azərbaycan-Qazaxıstan əməkdaşlığı daha da inkişaf edəcək və bütün dünya üçün nümunəvi və hərtərəfli münasibət olacaq”.

//Səbinə Hüseynli, Editor.az

phrase_var_article.chosen
468
50
editor.az

10phrase_var_article.sources