AZ

"Azərbaycanla Bosniya və Herseqovina arasında əlaqələr inkişaf edir" - DEPUTAT BİLDİRDİ

"Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi münasibətlər kifayət qədər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daima dəstəkləyir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləyib: "Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı məsələlərdə birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını müdafiə edib".

M.Cəfərov bildirib ki, son vaxtlar Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticari-iqtisadi əlaqələr də yüksək dinamizm şəraitində sürətlə inkişaf edir: "Lakin hələ də ticari-iqtisadi əlaqələrin genişlənməsinə ehtiyac var. Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə çox ciddi və perspektivli bir sənəd kimi iki ölkə arasında gələcək inkişafın istiqamətlərini göstərir. Cənab nazirin də bugünkü görüşü ümidvericidir, düşünürəm ki, bu dövlətlə əlaqələrin genişləndirilib, yeni imkanları dəyərləndirmək hər iki tərəf üçün faydalı olacaqdır".

Müəllif: Rəşid Qarayev
Seçilən
522
50
sia.az

10Mənbələr