AZ

Media savadlılığı həftəsi başladı...

Image

Müşfiq Ələsgərli: “Əlamətdar haldır ki, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının  Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür”

Dekabrın 16-dan 22-dək Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda Media Savadlılığı Həftəsi keçiriləcək. 

Bu tədbirin əsas məqsədi cəmiyyətdə media savadlılığı ilə bağlı maarifləndirməni artırmaq, beynəlxalq uğurlu təcrübəni öyrənmək, xüsusilə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, informasiya mənbələri ilə effektiv qarşılıqlı əlaqənin qurulması və məsuliyyətli rəqəmsal vətəndaşlıq anlayışının təbliği də həftənin hədəfləri arasındadır.

Ənənəvi olaraq təşkil olunan Media Savadlılığı Həftəsi çərçivəsində yerli və beynəlxalq ekspertlər, eləcə də tərəfdaş qurumların nümayəndələri bir araya gələrək fikir və təcrübələrini bölüşəcək. Həftə boyunca media savadlılığının müxtəlif aspektlərini əhatə edən tədbirlər və layihələr həyata keçiriləcək.

Bu təşəbbüs həm media mühitinin təkmilləşdirilməsinə, həm də cəmiyyətdə məsuliyyətli media istifadəsinin təşviqinə xidmət edir.

Media savadlılığı nədir? Bunun, xüsusən də indiki şəraitdə cəmiyyət və media ucun nə əhəmiyyəti var?

“Medianın İnkişafı Agentliyi paralel olaraq “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir”

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə şərhində “Rəqəmsal transformasiya, onlayn informasiya resurslarının inkişafı, sosial media platformalarının  çoxalması yaşadığımız dövrdə  informasiya axınını sürətləndirir. İnsanlar, hətta fərdi istəkləri olmasa belə, hər gün yüzlərlə informasiyanı eşidir, görür və dinləyirlər. Həmçinin, cəmiyyət üzvləri özləri də çox vaxt xəbər istehsalçısı və ya xəbər mənbəyi rolunda çıxış edirlər. İndi hər bir kəs ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır” - deyə bildirdi. 

M.Ələsgərli təəssüfıə bildirdi ki, gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. O vurğualdı ki, “yanlış xəbər”, “saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir. 

Bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya  etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması vacibdir. İnsanlar doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı  ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin  hamısı “media savadlılığı” proqramında ifadə olunur. 

Əlamətdar haldır ki, 2022-ci ildən qüvvəyə minmiş  “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür.  Həmçinin, Medianın İnkişafı Agentliyi media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək  üçün xüsusi proqramlar icra edir. 2023-cü ildə Agentlik tərəfindən “Medialiteracy.media.gov.az” portalı  yaradılaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhfəyə çevrilib. Medianın İnkişafı Agentliyi paralel olaraq  “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Fikrimcə, bu cür proqramların  və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır” - deyə M.Ələsgərli qeyd etdi.

İradə SARIYEVA

Media savadlılığı platforması ilə daha ətraflı aşağıdakı linkdə tanış olmaq olar:

https://medialiteracy.media.gov.az/





Seçilən
5
3
baki-xeber.com

8Mənbələr