Bu fikirləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. O qeyd edib ki, bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması vacibdir:
“İnsanlar özləri doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı barədə ən azı ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin hamısı “media savadlılığı” proqramında ifadə olunur”.
Müşfiq Ələsgərli bildirib ki, 2022-ci ildən qüvvəyə minmiş “Media haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür:
“Qanunun tələbinə uyğun olaraq, müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində işlər həyata keçirirlər. Bu sahədə ən sistemli proqramlar Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanaraq icra olunur. Agentlik media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək üçün 2023-cü ildə “Medialiteracy.media.gov.az” portalını yaradaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhfəyə çevrilib. Agentlik, həmçinin, çoxsaylı konfranslar, seminarlar və təlimlər təşkil edib. Bu günlərdə “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Fikrimcə, bu cür proqramların və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır”.
Törə Zeynallı
Demokrat.az
8Mənbələr
-
konkret.azSaxta xəbərlərin qarşısı necə alınmalıdır? – Media ekspertindən AÇIQLAMA ( 14086537)
-
sia.az“Saxta xəbər"lə necə MÜBARİZƏ APARMALI? - EKSPERT FAKTLARI AÇIQLADI ( 14065915)
-
demokrat.az"İnsanlar yalan xəbərin təsirinə düşməkdən yayınmalıdırlar"—Media savadlılığı niyə vacibdir? ( 14058130)
-
adalet.azMedia savadlılığının artırılması günümüzün ən aktual mövzuları sırasındadır - Ekspert ( 14045461)
-
baki-xeber.comMedia savadlılığı həftəsi başladı... ( 14030305)
-
azpost.infoMedia savadlılığı ən aktual mövzulardandır –Ekspert ŞƏRHİ ( 14020117)
-
azertag.azMedia savadlılığının artırılması günümüzün ən aktual mövzuları sırasındadır - Ekspert ( 14017825)
-
sia.az"“Yanlış xəbər”, “saxta xəbər” xəbər dövriyyəsində böyük paya malikdir" - ŞƏRH EDİLDİ ( 13936978)