RU

"İnsanlar yalan xəbərin təsirinə düşməkdən yayınmalıdırlar"—Media savadlılığı niyə vacibdir?

 “İnformasiya texnologiyalarının sürətli inkişafı yaşadığımız dövrdə  informasiya istehsalını və yayımını sürətləndirir. İndi hər bir insan ya xəbər alıcısı, ya da xəbər istehsalçısıdır. Amma gündəlik xəbər dövriyyəsi təkcə etibarlı, düzgün məlumatlardan ibarət deyil. “Saxta xəbər”, “dezinformasiya” da xəbər dövriyyəsində böyük paya malikdir. “Saxta xəbər” insanları çaşdırır, səhv qərarlar verməsini, yanlış addımlar atmasını şərtləndirir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib. O qeyd edib ki, bu cür xəbər bolluğunda düzgün olanı seçmək, informasiya  etibarlılığını müəyyənləşdirmək üçün insanların müəyyən bacarıqlara malik olması vacibdir:

“İnsanlar özləri doğru xəbəri saxta xəbərdən ayırd edə bilməli, yalan xəbərin təsirinə düşməkdən yayınmağı bacarmalıdırlar. Yaxud, özləri xəbər mənbəyi rolunda çıxış edərkən, obyektiv davranmağı bacarmalıdırlar. Bir sözlə, insanlar xəbər istehsalı, emalı və istehlakı  barədə ən azı  ümumi bilgilərə malik olmalıdırlar. Bütün bu elementlərin  hamısı “media savadlılığı” proqramında ifadə olunur”. 

Müşfiq Ələsgərli  bildirib ki, 2022-ci ildən qüvvəyə minmiş  “Media haqqında” Azərbaycan Respublikasının  Qanunu ölkəmizdə media savadlılığının artırılmasını zəruri tələb kimi irəli sürür:

“Qanunun tələbinə uyğun olaraq, müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində işlər həyata keçirirlər. Bu sahədə ən sistemli proqramlar Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanaraq icra olunur. Agentlik  media savadlılğının artırılması yönündə işlərin səməriliyini təmin etmək  üçün 2023-cü ildə “Medialiteracy.media.gov.az” portalını  yaradaraq istifadəyə verilib. Bu portal media savadlılığı istiqamətdə məlumat almaq istəyənlər üçün mühüm töhfəyə çevrilib. Agentlik, həmçinin, çoxsaylı konfranslar, seminarlar və təlimlər təşkil edib. Bu günlərdə “media savadlılığı həftəsi” qismində kampaniyalar təşkil edir. Fikrimcə, bu cür proqramların  və kampaniyaların təşkil olunması Azərbaycanda media savadlılığının inkişaf etdirilməsini stimullaşdırır”.

Törə Zeynallı
Demokrat.az

Избранный
7
2
demokrat.az

8Источники