İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzada atəşkəslə bağlı danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirəyə gedəcəyi bildirilib.
Turkustan.az xəbər verir ki, HƏMAS-ın verdiyi açıqlamada, “İsrail yeni şərtlər qoymaqdan vaz keçərsə, atəşkəs və girov razılaşmasının əldə olunması mümkündür” ifadəsi işlədilib. Netanyahunun sözçüsü verdiyi açıqlamada Qahirəyə getdiyi iddiasını təkzib edib.
Reuters-in məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün Misirin paytaxtı Qahirəyə gedir. Mənbələrin məlumatına görə, yaxın günlərdə Qəzzada atəşkəs əldə oluna bilər.
HƏMAS-ın verdiyi açıqlamada, “İsrail yeni şərtlər qoymaqdan vaz keçərsə, atəşkəs və girov razılaşmasının əldə olunması mümkündür” ifadəsi işlədilib.
Aytən Yaşar/ Turkustan.az