İsrail Baş naziri Benyamin Netanyahu sabah Misirin paytaxtı Qahirəyə kritik səfər edəcək.
News365.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.
Netanyahunun Misirdə HƏMAS-la atəşkəs görüşlərində iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, daha öncə yayılan məlumatlara əsasən, HƏMAS və İsrail atəşkəs barədə mühüm irəliləyiş əldə edib. Belə ki, HƏMAS nüfuzlu məhbusların Türkiyə və Qətərə göndərilməsinə razılıq verib.
Bundan başqa, 30-a yaxın girovun da İsrailə təhvil veriləcəyi, qarşı tərəfin də fələstinli məhbusları azadlığa buraxacağı məlumatı yayılıb.