AZ

HƏMAS-dan atəşkəs mesajı: Yeni şərtlər irəli sürülməzsə, razılaşma mümkündür

HƏMAS-dan atəşkəs mesajı: Yeni şərtlər irəli sürülməzsə, razılaşma mümkündür

HƏMAS bu gün Qətərdə atəşkəs üçün ciddi və müsbət danışıqların aparıldığını və İsrailin yeni şərtlər irəli sürməyi dayandıracağı təqdirdə razılığın əldə oluna biləcəyini açıqlayıb.HƏMAS-ın verdiyi açıqlamada Qətərin paytaxtı Dohada ciddi və müsbət görüşlərin keçirildiyi bildirilib.Açıqlamada Dohadakı danışıqların vasitəçi ölkələr Qətər və Misirin himayəsi altında keçirildiyi, yeni şərtlər irəli sürməsə, atəşkəs və əsir mübadiləsi razılaşmasına nail olmaq mümkün olacağı qeyd edilib.Xatırladaq ki, 2023-cü ilin noyabrında HƏMAS və İsrail arasında qarşılıqlı məhbus mübadiləsi aparılıb və Qəzza zolağında müvəqqəti atəşkəs əldə edilib. Təxminən bir həftə davam edən atəşkəsdən sonra İsrail Qəzzaya hücumlarını bərpa edib.Qeyd edək ki, HƏMAS-ın 100-ə yaxın israilli məhbusu saxladığı bildirilir.

Seçilən
20
10
afn.az

10Mənbələr