Uşaqların çoxu Yeni il ərəfəsində Şaxta babanın ona istədiyi hədiyyəni gətirəcəyini gözləyirlər. Maraqlıdır, uşağın psixikasına zərər vurmadan Şaxta Babanın olmadığını necə demək olar və ümumiyyətlə bunu etmək lazımdırmı?
Psixoloq Könül İsmayılova deyib ki, uşaqlar möcüzə inanır:
“Uşaq Şaxta Babaya məktub və hədiyyə siyahısına inandığı müddətcə ona mane olmaq lazım deyil, sadəcə kömək etmək lazımdır. Onu böyüdüyü anı siz hiss edəcəksiniz və böyük ehtimalla Şaxta Baba və digər şeylər barədə o, sizdən öyrənməyəcək, çünki uşaq həm də sosial təsir subyektidir. Bu isə o deməkdir ki, hər nəsildə möcüzəvi qəhrəmanlar var, onlar dəyişir və məhz sosial əhatədə uşaq bu trendləri "tutur", bölüşdürür və onlara əməl edir. Əgər 7 yaşında uşaq hələ də nağıl reallığa tələbat hiss edirsə, yeniyetməlik öncəsi dövr üçün 10-12 yaşlarında uşaqlar başqa çoxlu qarışıq hislər hiss etməyə başlayır, ilk baxışda bu hislər hətta neqativ də ola bilər”./hit.az