AZ

Qeyri-adi bacarığa malik uşaqlar...

Qeyri-adi bacarığa malik uşaqlar az deyil. Həmin uşaqlar üstün zəkaya malik olur. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, üstün qabiliyyətli uşaqlar standart intellekt sınaqlarında təxminən 130 və üzəri xal alan uşaqlardır:

"İstedadlılar tarixində bu meyar ilə uşaqlar istedadlı olaraq, qəbul edildiyi və proses görüldüyü məlumdur. Bu uşaqlar yaşlarına görə, çox zəngin və geniş söz ehtiyatına sahib olurlar. Adətən qısa və uzun müddətli yaddaşları qeyri-adi keyfiyyətləridir. Çox tez öyrənir və hər zaman daha çox öyrənmək istəyirlər. Onu da deyim ki, bacarıqlı uşaqlar çox duyğusaldır və duyğusal qabiliyyətləri çox həssasdır. Ona görə də  emossional gərginliklərindən yaranan narahatlıq hissi onlarla necə davranacaqlarını bilməyən valideynlərini təəccübləndirir. Asanlıqla xəyal qırıqlığına məruz qalan, böyük sarsıntı keçirən uşaqlar olurlar. Kədərli və ya qorxulu filmlərə baxanda həddindən artıq reaksiya verirlər. Uşağın intellektual səviyyəsi, yaradıcılığı, həyata baxışı və duyğusal vəziyyəti araşdırılmalıdır".

Sevinc

Seçilən
4
39
hit.az

10Mənbələr