AZ

"Tiktokda qeyri-etik paylaşım edənlər sosial şəbəkələrdən məhrum edilməlidir" - PSİXOLOQ

"Hər kəs dünyaya fərqli baxış bucağından baxır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, Azərbaycan əhalisinin çox böyük əksəriyyəti "Tiktok"dan narazıdır:

"Çünki "Tiktok"da insanın maariflənməsinə zərərli təsirlər göstərən şəxslər var. Vətəndaşlar həmin şəxslərin sözügedən platformadan uzaqlaşdırılmasını istəyirlər. Bu yaxınlarda "Tiktok"da gənclərə pis örnək olan insanların cəzalandırılması da çox xoş oldu. Düşünürəm ki, bu, olduqca yaxşı addımdır. Çünki "Tiktok"un çox mənfi təsirləri var". 

364922

Ekspert qeyd edib ki, hətta bu platformanın təsirinə düşməyən insanlarda belə ona görə gərginlik yaranır:

"Çünki övladlarını belə pis nümunələrdən qorumağa çalışırlar. Nəzərə almaq lazımdır ki, "Tiktok" istifadə etməyən uşaqlar belə dost-tanışdan pis nümunələrin videolarını izləyə bilirlər. Təəssüflər olsun ki, bu platformada gənclərə çox mənfi hərəkətlər təbliğ olunur. Hətta orada azadlığı özünü sərgiləmək və danışıq tərzini pozmaq kimi göstərirlər".

Nabat Mirzəyeva "Tiktok"da mədəniyyətdən kənar hərəkətləri təbliğ edənlər üçün yeni uzaqlaşdırma üsulu təklif edib:

"Orada həddindən artıq açıq-saçıq geyinən qızlar və qeyri-etik sözlər istifadə edən oğlanlar gənclərin tərbiyəsini pozurlar. Onlar, qeyri-etik paylaşımlarla tanınırlar. Yəni gənclərə məşhur olmaq üçün belə hərəkətlər etməyi təbliğ edirlər. 

Ona görə də gənclərimizin pozulmaması üçün "Tiktok"un bağlanması lazımdır. Bu, olmasa belə orada qeyri-etik paylaşımlar edən insanları "Tiktok"dan və bütün sosial şəbəkələrdən ömürlük məhrum edilməlidirlər".

Pərviz

Seçilən
15
39
hit.az

10Mənbələr