AZ

Tramp Panama kanalına nəzarəti ABŞ-a qaytarmaq istəyir

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp ölkəsinə məxsus gəmilərin Panama kanalından keçid şərtlərindən narazıdır. O, kanalın ABŞ-ın nəzarətinə qaytarılmasını istəyir.

 

Senzor.az bildirir ki, Tramp sosial media hesabında ABŞ gəmilərinə münasibətdə ədalətsizlik hökm sürdüyünü iddia edib. Dövlət başçısı bildirib ki, bu yanaşmaya son qoyulmalıdır. Panama hökuməti məsələyə münasibət bildirməyib.

 

Qeyd edək ki, 1914-cü ildə inşa edilmiş kanal gəmilərə Cənubi Amerikanı dolanmadan qısa yolla hərəkət etməyə imkan verir. 1977-ci ildə Prezident Cimmi Karterin imzaladığı sazişlə kanalın idarəetməsi 1999-cu ildən etibarən bütünlüklə Panamaya keçib.

 

2023-cü ildə kanaldan keçən gəmilərdən 4 milyard dollar xidmət haqqı alınıb.

Seçilən
18
23
senzor.az

10Mənbələr