AZ

ABŞ 1 dollara satdığı bu ərazini “azad edə” bilər – Tramp hərəkətə keçdi

ABŞ Panama kanalını öz nəzarətinə qaytarılmasını tələb edə bilər.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.

O, kanalın istifadəsi ilə bağlı şərtlərin yenidən nəzərdən keçirilməli olduğunu bildirib. Tramp Panamanın yüksək tarifləri ləğv etməli olduqlarını və ABŞ-ı aldatmaqdan əl çəkmələri gərəkdiyini söyləyib:

“Əgər prinsiplərə həm mənəvi, həm də hüquqi baxımdan əməl edilməyəcəksə, biz Panama kanalının bizə tam və sualsız qaytarılmasını tələb edəcəyik.

Prezident Cimmi Karter prezidentliyi dövründə onu axmaqcasına bir dollara verəndə ona Çin və ya başqası yox, yalnız Panama nəzarət edə bilərdi”.

Qeyd edək ki, Panama kanalı 1914-cü ildən işləyir. Kanal ABŞ tərəfindən tikilib və onun nəzarətində olub. 1977-ci ildə Torrixos-Karter razılaşmasına əsasən, kanal mərhələli olaraq Panamaya verilib və proses 1999-cu ildə bitib.

O, belə nəticəyə gəlib ki, əgər “bu səxavətli ianə jestinin” əxlaqi və hüquqi prinsiplərinə əməl edilməsə, Birləşmiş Ştatlar Panama kanalının “tam və şübhəsiz” geri qaytarılmasını tələb edəcək./Globalinfo.az

Seçilən
33
23
turkustan.az

10Mənbələr