Panama prezidenti Xose Raul Mulino bildirib ki, Panama kanalı onun ölkəsinə məxsusdur və belə də qalacaq.
X.R.Mulino ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “Amerikanın Panama kanalından istifadəyə görə həddən artıq yüksək ödənişlər ödədiyi” mövzusunda ittihamına və “kanal düzgün idarə olunmasa, geri istəyə biləcəkləri” sözlərinə cavab verərək deyib: "Ölkə prezidenti kimi birmənalı olaraq bildirmək istəyirəm ki, Panama kanalı və ona bağlı olan bütün ərazilər, onun hər kvadratmetri Panamaya məxsusdur. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə olunmur. Panama kanalı Panamaya məxsusdur və belə də qalacaq.
Kanal aydın qaydalar çərçivəsində işlədilir. Baxım və idarəetməsi davamlı, təhlükəsiz və peşəkar şəkildə həyata keçirilir. Tariflər özbaşına müəyyən edilmir. Bu ödənişlər bazar şəraiti, beynəlxalq rəqabət, istismar xərcləri, kanalın saxlanılması və modernləşdirilməsi ehtiyacları nəzərə alınmaqla açıq şəkildə müəyyənləşir.
Panama kanalı birbaşa və ya dolayı yolla Çin, Avropa İttifaqı, ABŞ və ya hər hansı digər qüvvə tərəfindən idarə olunmur.
Bütün ölkələrə və xalqlara hörmət edir, eyni ehtiramın da bizə də göstərilməsini tələb edirik. Mən bir panamalı olaraq bu faktı təhrif edən hər hansı ritorikanı qətiyyətlə saymırıq. Kanal xalqımızın ayrılmaz mirasıdır.
Konstitusiyada və neytrallıq müqaviləsində qeyd olunduğu kimi, kanal sülh yolu ilə bütün dövlətlərin gəmilərinə açıqdır, fasiləsiz keçidə zəmanət verilir."
Qeyd edək ki, 1914-cü ildə ABŞ tərəfindən inşa edilən Panama kanalı 1977-ci il sentyabrın 7-də Vaşinqtonda o zamankı Panamanın başçısı Ömər Torrixos və ABŞ prezidenti Cimmi Karter arasında imzalanan Torrixos-Karter sazişləri çərçivəsində 31 dekabr 1999-cu ildə Panamaya verilib.