AZ

MDB ölkələri liderlərinin görüşü keçiriləcək

Dekabrın 25-də Rusiyanın Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü təşkil ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat yayıb.
 

“Dekabrın 25-də MDB ölkələrinin liderləri arasında qeyri-rəsmi görüş keçiriləcək. Prezidentimiz Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyinin yekunlarını ümumiləşdirəcək.


Və bundan sonra liderlər qeyri-rəsmi şəraitdə bir-biri ilə ünsiyyət qura, aktual beynəlxalq problemlər, MDB çərçivəsində əməkdaşlıq məsələləri və digər inteqrasiya birliklərində fikir mübadiləsi apara biləcəklər”, - Uşakov qeyd edib.

Bizim.Media

Seçilən
19
7
bizim.media

9Mənbələr