AZ

MDB ölkələrinin liderləri bu tarixdə görüşəcək

Dekabrın 25-də Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Olaylar xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, görüşdə aktual beynəlxalq problemlər, eləcə də Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar:

"Dekabrın 25-də MDB ölkələrinin liderləri arasında qeyri-rəsmi görüş keçiriləcək. Prezidentimiz Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyinin yekunlarını ümumiləşdirəcək. Və bundan sonra liderlər qeyri-rəsmi şəraitdə bir-biri ilə ünsiyyət qura, aktual beynəlxalq problemlər, MDB çərçivəsində əməkdaşlıq məsələləri və digər inteqrasiya birliklərində fikir mübadiləsi apara biləcəklər". (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
7
olaylar.az

9Mənbələr