AZ

MDB ölkələrinin liderləri bu tarixdə görüşəcək

Dekabrın 25-də Leninqrad vilayətində MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

O bildirib ki, görüşdə aktual beynəlxalq problemlər, eləcə də Birlik çərçivəsində qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparacaqlar:

“Dekabrın 25-də MDB ölkələrinin liderləri arasında qeyri-rəsmi görüş keçiriləcək. Prezidentimiz Rusiyanın 2024-cü ildə MDB-yə sədrliyinin yekunlarını ümumiləşdirəcək. Və bundan sonra liderlər qeyri-rəsmi şəraitdə bir-biri ilə ünsiyyət qura, aktual beynəlxalq problemlər, MDB çərçivəsində əməkdaşlıq məsələləri və digər inteqrasiya birliklərində fikir mübadiləsi apara biləcəklər”.

"Cebheinfo.az"

Seçilən
6
7
cebheinfo.az

9Mənbələr