Bakı. Trend:
Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illikhərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göysferində cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qışvə yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkənGünəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığıtarixi göstərir.
Trend xəbərverir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı AstrofizikaRəsədxanasından verilən məlumatda deyilib.
Bildirilib ki, yaz bərabərliyi günü Günəşin şüaları Yerekvatoruna düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğubərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin günGünəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimalyarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik yaz, Cənubyarınkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə Yazfəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.
Yay günəşduruşu günü Yer kürəsinin Şimal yarımkürəsi maksimalşəkildə Günəşə tərəf yönəlir. Ekvatorda gündüz və gecənin uzunluğuilboyu dəyişməyib 12 saat olur, qütblərə doğru getdikcə isə bu fərq24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24saat gündüz. Cənub qütbündə isə 24 saat gecə olur. Bizimyerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15s 03d 23san və gecə 08s56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsində Yayfəsli, Cənub yarımkürəsində isə Qış fəsli başlayır. 2025-ci ildəYay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olacaq.
Payız bərabərliyigünü Günəşin şüaları Yer ekvatoruna yenidən düzbucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərəkbütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göyekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçirvə Şimal yarımkürəsində astronomik payız, Cənub yarınkürəsində isəastronomik payız başlayır. Payız fəsli 2025-ci ildə Azərbaycana 22sentyabr 22:19-da daxil olacaq.
Qış günəşduruşu günü Yer kürəsinin Cənub yarımkürəsi maksimalşəkildə Günəşə tərəf yönəlir. Qış günəşduruşu günü isə Cənubqütbündə 24 saat gündüz. Şimal qütbündə isə 24 saat gecə olur.Bizim yerləşdiyimiz coğrafi enlikdə gündüz 15s 03d 23san və gecə08s 56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsindəastronomik qış, Cənub yarımkürəsində isə astronomik yaybaşlayır.2025-ci ildə Qış fəsli Azərbaycana 21 dekabr 19:03-dədaxil olacaq.
Qeyd edilib ki, Yerlə Günəş arasındakı orta məsafə 149 597.870km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyuncaolduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ənyaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeliadlanır. Bu fərq hesabına Şimal Yarımkürəsində Qış fəsli dahayumşaq, Cənub yarımkürəsində isə Yay fəsli daha mülayim keçir. Buil Yer 4 yanvar 17:28-də perihelidən (147 103 686 km), 3 iyul23:54-də afelidən (152 087 738 km) keçəcək.