AZ

2025-ci ildə Azərbaycana fəsillərin daxil olma vaxtı AÇIQLANDI


"Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir".

Musavat.com xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumatda deyilib.

Bildirilib ki, yaz bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik yaz, Cənub yarınkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Yay günəşduruşu günü Yer kürəsinin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Ekvatorda gündüz və gecənin uzunluğu ilboyu dəyişməyib 12 saat olur, qütblərə doğru getdikcə isə bu fərq 24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz. Cənub qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15s 03d 23san və gecə 08s 56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsində Yay fəsli, Cənub yarımkürəsində isə Qış fəsli başlayır. 2025-ci ildə Yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olacaq.

Payız bərabərliyigünü Günəşin şüaları Yer ekvatoruna yenidən düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik payız, Cənub yarınkürəsində isə astronomik payız başlayır. Payız fəsli 2025-ci ildə Azərbaycana 22 sentyabr 22:19-da daxil olacaq.

Qış günəşduruşu günü Yer kürəsinin Cənub yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Qış günəşduruşu günü isə Cənub qütbündə 24 saat gündüz. Şimal qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə gündüz 15s 03d 23san və gecə 08s 56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayır.2025-ci ildə Qış fəsli Azərbaycana 21 dekabr 19:03-də daxil olacaq.

Qeyd edilib ki, Yerlə Günəş arasındakı orta məsafə 149 597.870 km-dir. Lakin Yerin Günəş ətrafında hərəkəti elliptik orbit boyunca olduğundan bu məsafə il ərzində dəyişir. Yer orbitinin Günəşə ən yaxın olduğu nöqtə periheli, Günəşdən ən uzaq olduğu nöqtə afeli adlanır. Bu fərq hesabına Şimal Yarımkürəsində Qış fəsli daha yumşaq, Cənub yarımkürəsində isə Yay fəsli daha mülayim keçir. Bu il Yer 4 yanvar 17:28-də perihelidən (147 103 686 km), 3 iyul 23:54-də afelidən (152 087 738 km) keçəcək.




Seçilən
9
22
news24.az

10Mənbələr