AZ

2025-ci ildə fəsillərin Azərbaycana daxil olma VAXTI

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2025-ci il üçün fəsillərin daxil olma vaxtını açıqlayıb.

Məlumatda aşağıdakılar bildirilib:

Günəşin illik zahiri hərəkəti Yerin Günəş ətrafında illik hərəkətinin təzahürüdür. Bu zahiri hərəkət zamanı Günəşin göy sferində cızdığı dairə ekliptika adlanır. Həmin dairə üzərində 4 səciyyəvi nöqtə var. Bu nöqtələr yaz və payız bərabərlikləri, qış və yay günəşduruşu nöqtələridir. Yer Günəş ətrafında dolanarkən Günəşin bu nöqtələrdən keçmə anı astronomik fəsillərin başladığı tarixi göstərir.

Yaz bərabərliyi günü Günəşin şüaları Yer ekvatoruna düz bucaq altında düşdüyündən gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Həmin gün Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimal yarımkürəsində astronomik yaz, Cənub yarınkürəsində isə astronomik payız başlayır. 2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Yay günəşduruşu günü Yer kürəsinin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Ekvatorda gündüz və gecənin uzunluğu ilboyu dəyişməyib 12 saat olur, qütblərə doğru getdikcə isə bu fərq 24 saatadək artır. Nəticədə yay günəşduruşu günü Şimal qütbündə 24 saat gündüz. Cənub qütbündə isə 24 saat gecə olur. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüz 15s 03d 23san və gecə 08s 56d 37san davam edir. Bu andan etibarən Şimal yarımkürəsində Yay fəsli, Cənub yarımkürəsində isə Qış fəsli başlayır. 2025-ci ildə Yay fəsli Azərbaycana 21 iyun 06:42-də daxil olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
4
22
banco.az

10Mənbələr