Azərbaycan Hava Yollarının qəzaya uğramış təyyarəsinin sərnişinlərindən birinin əri Bəşir İgidov həyat yoldaşı Nərminə ilə əlaqə saxlaya bilmədiyini və onun vəziyyətindən xəbərsiz olduğunu bildirib.
Bu barədə B.İgidov "İzvestiya"ya açıqlamasında deyib.
"Hələ heç nə bilmirəm, şok vəziyyətindəyəm. O, Bakıdan uçurdu, mən dünən öyrənmişdim, səhər (təyyarəyə) minməzdən əvvəl böyük qızımız onunla danışmışdı. Vəssalam, başqa heç nə bilmirik", - deyə o dəqiqləşdirib.
Onun sözlərinə görə, həyat yoldaşı bayram günlərində qızına qonaq gedirmiş. B.İgidov deyib ki, Nərminə son dəfə səhər onlayn olub.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir./Oxu.az