AZ

Yeni ili qızı ilə keçirmək istəyirdi

“Azərbaycan Hava Yolları”​nın qəzaya uğramış təyyarəsinin sərnişinlərindən birinin əri Bəşir İgidov həyat yoldaşı Nərminə ilə əlaqə saxlaya bilmədiyini və onun vəziyyətindən xəbərsiz olduğunu bildirib.

Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə “İzvestiya”ya açıqlamasında deyib.

“Hələ heç nə bilmirəm, şok vəziyyətindəyəm. Minməzdən əvvəl böyük qızımız onunla danışmışdı. Vəssalam, başqa heç nə bilmirik”, – deyə o bildirib.

B.İgidov deyib ki, qadın Bakıdan tək uçub. Onun sözlərinə görə, həyat yoldaşı bayram günlərində qızına qonaq gedirmiş. O, deyib ki, Nərminə son dəfə səhər onlayn olub.

“O, (red. – Nərminə) məni orada gözləməli idi. Yanvarda yanlarına getmək istəyirdim”, – Bəşir İgidov bildirib.

Qeyd edək ki, REN TV-nin açıqladığı həlak olan Rusiya vətəndaşlarının ilkin siyahısında Nərmin İgidovanın da adı yer alıb.

Xatırladaq  ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb. Son məlumata görə, hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Seçilən
1
8
medianews.az

9Mənbələr