AZ

BAKIDAN UÇAN TƏYYARƏ AKTAUDA QƏZAYA DÜŞÜB: ağır yaralı və ölənlər var - "Qara qutu" tapılıb (VİDEO, Yenilənib)

“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir.

AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.

***

Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzasında Bakı-Qroznı reysinin 29 sərnişini xəsarət alıb.

Mia.az xəbər verir ki, siyahıda 14 Azərbaycan vətəndaşı, 8 rusiyalı (birinin yaşı və soyadı hələ məlum deyil), 3 Qırğızıstan vətəndaşı var.

Xəsarət alan sərnişinlərin siyahısı aşağıda göstərilib:

"25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN təyyarə qəzası ilə bağlı məlumat yayıb.

Bildirilib ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub: "İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.

"Son məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədən 32 nəfər sağ çıxıb".

O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir: "Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır".

***

Qazaxıstanda AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində uçuş ekipajı həlak olub.

Mia.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

AZAL Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Mia.az AZAL-a istinadən xəbər verir ki, J2-8243 nömrəli Bakı-Qroznı reysində aaöıda adları yazılan sərnişinlər olub:

1. Ağayev Ramin
2. Əhmədov Rəşad
3. Əlimirzəyeva Xədicə
4. Əlimirzoyev Əli
5. Əliyev Zamin İdris
6. Anqbazova Maleyka
7. Arsbayeva Ceyran
8. Arsbayeva Madina
9. Asanov Rinat
10. Atsayeva Zaira
11. Babayev Anar
12. Bayramova Leyla
13. Bayramzadə Ayhan
14. Bislieva Cəmilə
15. Devrişov Samir
16. Devrişov Tofik
17. Cünüşaliyev Erlan
18. Ediev Uvais
19. Eqanov Məhəmmədəli
20. Evstiqneeva Kristin
21. Filiyev Ramazan
22. Qədirov Heydər
23. Qistarov İbrahim
24. Qistarov Rəşid
25. Qoqamova Möminat
26. Qurbaxov Həmzət
27. İandarov Arbi
28. İbrahimov Ramin
29. İgidova Nərminə
30. İsmayılov İsmayıl
31. İsmayılov Həbib
32. Cəfərov Toğrul
33. Cəlilov Nizami
34. Carayev Arif
35. Carayev Hacibrahim
36. Carayev Mahir
37. Ceerov Xızrı
38. Ceerova Salihət
39. Cüməqulov Bauyrcan
40. Cütayeva Salima
41. Xalayeva Hafisət
42. Kostiyev İbrahimxan
43. Maxsudova Qalina
44. Məmedov Zaur
45. Mehdiev Yadigar
46. Mustafayev Faiq
47. Omarova Leyla
48. Osmonov Tilek
49. Papaxov Mahəmməd
50. Rəximov Subxonkul
51. Sadıqov Qoşqar
52. Səidullayev Zinatul
53. Şabanova Vafa
54. Şaimərdanova Qauk
55. Siracov Nurullah
56. Siracova Müslimat
57. Tuleşsinov Sandibek
58. Tutunçiyev Mahmud
59. Ubaev Arbi
60. Yeznayeva Rana
61. Cəməlullail Medin
62. Cumaqat Eldar

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin kimliyini açıqlayıb:

Qazaxıstanda qəzaya uğraya Azərbaycan t\əyyarəsindən  28 nəfər xials olunub.

Mia.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Qəzaya düşən təyyarədəkilərdən 25 nəfər xilas olunaraq xəstəxanaya yerləşdirilib.

Mia.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Qazaxıstan rəsmi dairələri təyyarədəki sərnişinlərin 37-nin Azərbaycan, 16-nın Rusiya, qalanının isə Qırğısıstan və digər ölkələrin vətəndaşları olduğunu bildiriblər mənbələri qəzanın videosunu yayıb.

Mia.az xəbər verir ki, 67 sərnişinin olduğu qəza ilə bağlı araşdırma gedir.

Qazaxıstan mənbələri qəzanın videosunu yayıb.

Mia.az xəbər verir ki, videodan görünür ki, qəza enişi zamanı təyyarə partlayıb.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Mia.az AZAL-a istinadla xəbər verir ki, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
9
50
mia.az

10Mənbələr