Ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan 13 yaşlı Məhəmmədəli Eqanov futbolçu olub.
Bizim.Media xəbər verir ki, Məhəmmədəli "Gənclik"” futbol klubunda çıxış edirdi.
Bu barədə klubun rəsmi səhifəsi paylaşım edib. O, yeni il bayramını qeyd etmək üçün Qroznı şəhərinə gedirmiş.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta