AZ

Təyyarə qəzasında bu şirkətin 2 əməkdaşı həlak olub

Qəzaya uğrayan AZAL-a məxsus Embraer ERJ-190 təyyarəsinin göyərtəsində 6 Qazaxıstan vətəndaşı olub.

Qazaxıstanın "KazMunayQaz" şirkətinin kollektivi Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və bildiriblər ki, həlak olanlar arasında şirkətin 2 işçisi də olub:

"Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində həmkarlarımız Baurjan Cumaqulov və Sandibek Tulesinov-un faciəli şəkildə həlak olmasını kədərlə bildiririk. "KazMunaiQaz" "ÖzenMunaiService" və "MunaiFieldService" şirkətlərinin vəfat etmiş əməkdaşlarının qohumlarına və yaxınlarına bütün lazımi yardımı göstərir", - deyə şirkətdən bildirilib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub./Milli.Az/

Seçilən
11
1
musavat.com

10Mənbələr