AZ

Cənubi Koreya parlamenti prezident səlahiyyətlərini icra edən baş nazir Han Deok-suna da impiçment elan etdi

Parlament Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən baş nazir Han Deok-Sunun impiçmentinə səs verib.

Bundan əvvəl prezident Yoon Seok-Yeol impiçment elan edilmişdi. O, ölkədə hərbi vəziyyət elan etmək qərarına görə hakimiyyətdən uzaqlaşdırılıb.

Editor.az “Yonhap”a istinadən xəbər verir ki, 192 deputat bu qərara yekdilliklə səs verib. Çünki hökumət Yoon Seok-Yeol və onun həyat yoldaşı Kim Gun-Hee-ni araşdırmaq üçün qanun layihələrini nəzərdən keçirməkdən imtina edib. O, korrupsiyada şübhəli bilinir. Baş nazir Han Deok Su bu qərarı onunla izah edib ki, qərarı müzakirə etməzdən əvvəl iqtidar və müxalifət partiyaları razılığa gəlməlidir.
İndi bu qərarı Konstitusiya Məhkəməsi təsdiq etməlidir. Vəzifəsindən kənarlaşdırılmış prezident fitnə və dövlətə xəyanətdə təhqiq edilir. Söhbət onun partiyası ilə müxalifət arasında baş verən qarşıdurma səbəbindən hərbi vəziyyətin tətbiqindən gedir.

//Samir Qurbanov, Editor.az

Seçilən
70
20
editor.az

10Mənbələr