Cənubi Koreya tarixində ilk dəfə olaraq ölkə prezidenti postunu hələ də tərk etməyən şəxsin həbsinə order verilib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Yun Sok Yol hərbi vəziyyətlə bağlı işdə 3 dəfə dindirilməyə gəlmədiyi üçün müstəntiqlər məhkəmədən order istəyib.
Bundan əvvəl Cənubi Koreya parlamentariləri müxalifətlə fikir ayrılıqlarından sonra hərbi vəziyyət elan edən ölkə prezidenti Yun Sok Yolun məcburi istefaya getməsinin lehinə səs veriblər. Onun impiçmentini dəstəkləmək üçün minlərlə insan Seul küçələrinə axışıb.
Prezidentlə birlikdə respublikanın müdafiə naziri Kim Yonq-hyun da vətənə xəyanət ittihamı ilə həbs edilib.
İnci