Bakı. Trend:
Cənubi Koreya məhkəməsi, impiçment nəticəsində vəzifəsindənuzaqlaşdırılmış prezident Yun Sok Yolun həbsinə order verib.
Trend xariciKiV-ə istinadən xəbər verir ki, bu qərar keçmiş prezidentinkorrupsiya ittihamları üzrə aparılan istintaq çağırışlarınadəfələrlə məhəl qoymaması ilə əlaqələndirilir.
Məlumata görə, Yun Sok Yol dekabrın 3-də ölkədə hərbi vəziyyətelan etmiş, lakin parlamentin təzyiqləri nəticəsində bu qərarı ləğvetmişdi. Buna baxmayaraq, müxalifət onun impiçmenti üçün səylərinidavam etdirmiş və nəticədə məhkəmə həbs orderi verib.
Qeyd edək ki, bu, Cənubi Koreya tarixində ilk dəfədir ki,prezidentin həbsinə order verilir. Bu hadisə ölkədə siyasigərginliyi artırıb və ictimaiyyət arasında geniş müzakirələrə səbəbolub.