AZ

Təyyarə qəzasında həlak olanlar bu gün dəfn ediləcəkləri ünvanlara çatdırılacaq

Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın Vətənə gətirilən nəşlərinin müayinəsi aparılacaq. 

 

Senzor.az bildirir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

 

O qeyd edib ki, nəşlər xüsusi avtomobillərlə birliyin üç şöbəsinə aparılacaq: “Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında həlak olanların nəşinin məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertizası keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək. Daha sonra cənazələr dəfn olunacaq ünvanlara aparılacaq”.

Seçilən
20
18
senzor.az

10Mənbələr