Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın nəşi Vətənə gətirilib.BUTA.TV xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib. O qeyd edib ki, nəşlər xüsusi avtomobillərlə aparılacaq birliyin üç şöbəsinə aparılacaq: “Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertiza keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək”.