Ajans.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov jurnalistlərə müsahibəsində deyib.
Ə.Həsənov bildirib ki, nəşlərin müayinəsi üçün birliyin üç şöbəsi ayrılıb: “Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosu, Sabunçu rayon şöbəsi və Nəsimi rayon şöbəsində nəşlər müayinə olunacaq, məhkəmə-tibbi ekspertizası aparılacaq. Sonra rəy tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək. Morqlardan cənazələr bu gün ərzində dəfn ediləcəkləri ünvanlara çatdırılacaq”.
Xatırladaq ki, 21 sərnişin və 3 ekipaj üzvünün nəşi Aktaudan Bakıya gətirilib.