AZ

Dəhşətli qəzanın baş verdiyi səfərə gedəcək şəxslər arasında BU MƏŞHUR DA OLUB - Son anda biletin qaytarıb + FOTO

Əməkdar artist Ağalar Bayramov ATV-nin efirində maraqlı bir hadisəni tamaşaçılarla bölüşüb.

Titul.az xəbər verir ki, Əməkdar artist 1979-cu ildə Kubaya gedərkən təyyarədə yol yoldaşı olan Odessalı şair Oleksandr Koçetkovun ona danışdığı əhvalatı efirdən danışıb:

"Burdan uçduq Bakı-Moskva, Moskva-Lissabon və oradan da 11 saat Kubanın paytaxtı Havanaya yola düşdük. Yolda danışdı ki, "1964-cü il idi. Mən Yazıçılar Birliyi ilə birgə qatarla səfərə getməli idim, övladımız da yox idi. Birdən yoldaşım Nataliya vağzalda mənə dedi ki, Saşa getmə". Elə bil dilim-ağzım qurudu, bileti qaytardım. Gəldik evə söhbət etdik, şampan içdik. Amma səhərisi, - mətbəxdə adətən çayı mən dəmləyirdim, - bir də gördüm "Mayak" radiosu nə desə yaxşıdır: "Dünən Odessa-Moskva qatarı qəzaya uğrayıb. 321 nəfər həlak olub, 569 nəfər isə yaralanıb, itkin düşənlər də var". O am çaynik əlimdən yerə düşdü. Gəldim yoldaşımın üzündən yorğanı qaldırdım, gözlərindən öpdüm ki, sən hardan bildin bu qatar qəzaya uğrayacaq". 

Koçetkov bu hadisə ilə bağğlı ballada da yazmışdı. Son kəlməsi yadımdadır: "Bir əsrlik vidalaşın, getsəniz də bircə anlıq". Çünki hər saniyənin, hər anın öz hökmü var".

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Seçilən
6317
3
titul.az

10Mənbələr