AZ

Dəhşətli qəzanın baş verdiyi səfərə gedəcək şəxslər arasında BU MƏŞHUR DA OLUB - Son anda biletin qaytarıb

Əməkdar artist Ağalar Bayramov ATV-nin efirində maraqlı bir hadisəni tamaşaçılarla bölüşüb.

Titul.az xəbər verir ki, Əməkdar artist 1979-cu ildə Kubaya gedərkən təyyarədə yol yoldaşı olan odessalı şair Aleksandr Koçetkovun ona danışdığı əhvalatı efirdən danışıb:

"Burdan uçduq Bakı-Moskva, Moskva-Lissabon və oradan da 11 saat Kubanın paytaxtı Havanaya yola düşdük. Yolda danışdı ki, "1964-cü il idi. Mən Yazıçılar Birliyi ilə birgə qatarla səfərə getməli idim, övladımız da yox idi. Birdən yoldaşım Nataliya vağzalda mənə dedi ki, Saşa, getmə". Elə bil dilim-ağzım qurudu, bileti qaytardım. Gəldik evə söhbət etdik, şampan içdik. Amma səhərisi, - mətbəxdə adətən çayı mən dəmləyirdim, - bir də gördüm "Mayak" radiosu nə desə yaxşıdır: "Dünən Odessa-Moskva qatarı qəzaya uğrayıb. 321 nəfər həlak olub, 569 nəfər isə yaralanıb, itkin düşənlər də var". O an çaynik əlimdən yerə düşdü. Gəldim yoldaşımın üzündən yorğanı qaldırdım, gözlərindən öpdüm ki, sən hardan bildin bu qatar qəzaya uğrayacaq". 

Koçetkov bu hadisə ilə bağğlı ballada da yazmışdı. Son kəlməsi yadımdadır: "Bir əsrlik vidalaşın, getsəniz də bircə anlıq". Çünki hər saniyənin, hər anın öz hökmü var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1057
3
olaylar.az

10Mənbələr