AZ

Dəhşətli qəzanın baş verdiyi səfərə gedəcək şəxslər arasında bu məşhur da olub — Son anda biletin qaytarıb (FOTO)

Əməkdar artist Ağalar Bayramov ATV-nin efirində maraqlı bir hadisəni tamaşaçılarla bölüşüb.

Demokrat.az  xəbər verir ki, Əməkdar artist 1979-cu ildə Kubaya gedərkən təyyarədə yol yoldaşı olan Odessalı şair Oleksandr Koçetkovun ona danışdığı əhvalatı efirdən danışıb:

"Burdan uçduq Bakı-Moskva, Moskva-Lissabon və oradan da 11 saat Kubanın paytaxtı Havanaya yola düşdük. Yolda danışdı ki, "1964-cü il idi. Mən Yazıçılar Birliyi ilə birgə qatarla səfərə getməli idim, övladımız da yox idi. Birdən yoldaşım Nataliya vağzalda mənə dedi ki, Saşa getmə". Elə bil dilim-ağzım qurudu, bileti qaytardım. Gəldik evə söhbət etdik, şampan içdik. Amma səhərisi, - mətbəxdə adətən çayı mən dəmləyirdim, - bir də gördüm "Mayak" radiosu nə desə yaxşıdır: "Dünən Odessa-Moskva qatarı qəzaya uğrayıb. 321 nəfər həlak olub, 569 nəfər isə yaralanıb, itkin düşənlər də var". O am çaynik əlimdən yerə düşdü. Gəldim yoldaşımın üzündən yorğanı qaldırdım, gözlərindən öpdüm ki, sən hardan bildin bu qatar qəzaya uğrayacaq". 

Koçetkov bu hadisə ilə bağğlı ballada da yazmışdı. Son kəlməsi yadımdadır: "Bir əsrlik vidalaşın, getsəniz də bircə anlıq". Çünki hər saniyənin, hər anın öz hökmü var". (Titul.az)

Seçilən
28
3
demokrat.az

10Mənbələr