AZ

Serjio Konseysao rəsmən “Milan”da

Portuqaliyalı futbol mütəxəssisi Serjio Konseysao İtaliyanın “Milan” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən məlumat verir:

“Milan” Serjionu və heyətini səmimiyyətlə qarşılayır və ona işində uğurlar arzulayır”, – “rossoneri”nin mətbuat xidməti bildirib.

Serjio Konseysao “Milan”da həmvətəni, portuqal mütəxəssis Paulo Fonsekanın yarımçıq qalmış işini davam etdirəcək.

“Milan” İtaliya A Seriyasının turnir cədvəlində 17 oyundan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb.

Serjio Konseysaonun sonuncu iş yeri Portuqaliya nəhəngi “Portu” olub, cari ilin iyun ayında portuqal mütəxəssis “əjdahalar”dan ayrılıb.

Serjio Konseysao “Portu”nu 2017-ci ilin iyul ayından çalışdırırdı. Həmin vaxtdan Konseysaonun rəhbərliyi altında “əjdahalar” 377 oyuna çıxıblar, 272 qələbə qazanıblar, 50 heç-heçə ediblər, 55 oyunda məğlub olublar. Topların fərqi isə 822:327 nisbətindədir.

Serjio “Portu”ya 3 dəfə Portuqaliya Premyer Liqasını, 4 dəfə Portuqaliya Kubokunu, 1 dəfə Portuqaliya Liqa Kubokunu və 3 dəfə Potuqaliya Super Kubokunu qazandırıb.

Vurğulayaq ki, “Portu”ya gəldikdən sonra Konseysao klub tarixində ən çox mükafat qazanmış məşqçi və “əjdahalar”ın sükanı arxasında ən çox qələbə qazanmış mütəxəssis olub.

Serjio Konseysao “Portu”ya yad bir şəxs deyil. Serjio məhz “Portu”nun yetirməsidir və futbolçu karyerası ərzində “əjdahalar”ın heyətində püxtələşərək, Portuqaliya yığmasına yol tapıb. Konseysao Portuqaliya yığmasının heyətində 2000-ci il Avropa çempionatının qrup mərhələsi oyununda Avropa çempionu adını daşıyan Almaniya yığmasının qapısına vurduğu üç qolla məşhurlaşıb.

“Əjdahalar”ı portuqal mütəxəssisin rəhbərliyi aldında 2023/2024-cü illər mövsümü Portuqaliya Premyer Liqasını 72 xalla 3-cü pilədə bürünc mükafatçı olaraq başa vurublar.

50 yaşlı mütəxəssisin qarşısında “Milan”ı düşdüyü çətin vəziyyət qurtarmaq, avrokuboklarda iştirakını təmin etmək vəzifəsi qoyulub.

Seçilən
97
1
arena.az

10Mənbələr