AZ

“Milan” əvvəlcə bu məşqçiyə ağız açıb, amma…

“Milan” komandaya rəhbərlik etmək üçün Mauritsio Sarriyə ağız açıb, lakin “Napoli”, “Çelsi” və “Yuventus”un keçmiş baş məşqçisi “rossonyerlər”in təklifini rədd edib.

Publika.az xəbər verir ki, dekabrın 30-da “Milan” Paulo Fonsekanı istefaya göndərib və onun yerinə Serxio Konseysaonu təyin edib. “Il Corriere dello Sport”un məlumatına görə, dekabrın 24-də “Milan”ın rəhbərləri Sarriyə əməkdaşlığın 2025/26 mövsümü üçün uzadılması imkanı ilə altı aylıq müqavilə təklif etsələr də, mütəxəssis daha uzun müqaviləyə ümid edib və bu təklifi rədd edib.

Bundan sonra milanlılar Konseysaonun namizədliyi ilə kifayətlənib.

Seçilən
82
47
publika.az

10Mənbələr