AZ

Fonseka “Milan”dan istefa verdikdən sonra müraciətlə çıxış etdi

“Milan”ın keçmiş baş məşqçisi Paulo Fonseka “rossoneri”nin sükanı arxasından istefa verdikdən sonra, müraciətlə çıxış edib.

Arena.az məlumat verir ki, portuqal mütəxəssis bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazı dərc edib:

“Vidalaşmaq zamanı gəldi. “Milan”da işlədiyim üçün fəxr edirəm və bu böyük klubun tarixinə və ənənələrinə hörmət bəsləmək üçün hər zaman ürəyimi və ruhumu vermişəm. “Milan”da olduğum müddətdə heyətimə, oyunçularıma, azarkeşlərimə və mənə dəstək olmuş hər kəsə təşəkkür etmək istəyirəm. Gələcəkdə kluba uğurlar diləyirəm”, – Fonseka paylaşıb.

Paulo Fonseka 2024-cü ilin iyul ayından “Milan”ı çalışdırırdı. “Milan”ın portuqal mütəxəssislə 3 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı.

Fonseka “rossoneri”ni ümumilikdə 24 oyuna çıxarıb. “Milan” bu oyunlarda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Məşqçilik fəaliyyəti ərzində Paulu Fonseka “Eştrela da Amadora”, “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” və “Lill” komandalarını da çalışdırıb. Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir.

Fonsekanın buraxdığı “Milan” 17 oyundan 27 xalla İtaliya A Seriyasının yarış cədvəlində 8-ci pillədə qərarlaşıb.

Seçilən
86
2
arena.az

3Mənbələr