“Milan”ın portuqal mütəxəssis Paulo Fonsekaya “rossoneri”nin baş məşqçisi vəzifəsindən istefası üçün ödəyəcəyi təzminat məbləği məlum olub.
Arena.az jurnalist Nikolo Skiraya istinadən məlumat verir ki, “Milan” Fonsekaya 1,8 milyon avro məbləğində təzminat haqqı ödəyəcək.
Mənbənin məlumatına görə, hazırda portuqal mütəxəssis gələcəkdə İngiltərə Premyer Liqasında işləməyi hədəfləyib.
Xatırladaq ki, portuqal mütəxəssisi “rossoneri”nin sükanı arxasında həmvətəni Serjiu Konseysau əvəz edib.
Paulo Fonseka 2024-cü ilin iyul ayından “Milan”ı çalışdırırdı. “Milan”ın portuqal mütəxəssislə 3 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi vardı.
Fonseka “rossoneri”ni ümumilikdə 24 oyuna çıxarıb. “Milan” bu oyunlarda 12 qələbə qazanıb, 6 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Məşqçilik fəaliyyəti ərzində Paulu Fonseka “Eştrela da Amadora”, “Aveş”, “Pasuş de Ferreyra”, “Portu”, “Braqa”, “Şaxtyor” (Donetsk), “Roma” və “Lill” komandalarını da çalışdırıb. Portuqal mütəxəssis sərt nizam-intizamı, yaradıcı yanaşması ilə diqqət çəkir.
Fonsekanın buraxdığı “Milan” 17 oyundan 27 xalla İtaliya A Seriyasının yarış cədvəlində 8-ci pillədə qərarlaşıb.